5 mart 2013-cü il tarixdə saat 14:00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Xalqxeber.Az xəbər portalının 1 illik fəaliyyətinə dair mətbuat konfransı keçiriləcək. Portalın baş redaktoru Peyman Sadıqov saytın bu vaxta qədər olan fəaliyyəti haqda məlumat verəcək. Mətbuat konfransında millət vəkilləri, siyasətçilər, partiya sədrləri, elm xadimləri, QHT sədrləri iştirak edəcəklər. Peyman Sadıqov açıqlama verərək bildirdi ki, Xalqxeber.Az saytı fəaliyyət göstərdiyi 1 il ərzində daima gənclərin səsini işıqlandırıb və onların pəncərəsi olmağa çalışıb. “Bizim məqsədimiz portalın daha da güclənməsi və Azərbaycan internet məkanında ən güclü olmasını təmin etməkdir.”O bildirib ki, portalda Azərbaycanın ictimai, siyasi,sosial, iqtisadi və mədəni həyatında baş verən hadiələrlə yanaşı,dünyada olan ən mühim yeniliklər oxuculara çatdırılır: “Xalqxeber.Az-a gün ərzində 1000-2000 arası insan (İP) daxil olur. Bundan başqa portal “Facebook” sosial şəbəkəsində ən aktiv fəaliyyət göstərən saytlardandır”. Baş redaktorun sözlərinə görə, minlərlə insan saytla bağlı məlumatları, ötürülən xəbərləri sosial şəbəkələr vasitəsilə ala bilir. Hörmətli media nümayəndələri 05 mart 2013-cü il tarixdə saat 14:00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Xalqxeber.Az xəbər portalının 1 illik fəaliyyətinə dair mətbuat konfransı keçiriləcək. Portalın baş redaktoru Peyman Sadıqov saytın bu vaxta qədər olan fəaliyyəti haqda məlumat verəcək. Mətbuat konfransında millət vəkilləri, siyasətçilər, partiya sədrləri, elm xadimləri, QHT sədrləri iştirak edəcəklər.