'Qalatasaray'ın oyununda qol 'yağdı' - VİDEO

DÜNYA
09:05 26.02.2013
1490
Türkiyə Superliqasının 23-cü turuna “Qalatasaray” - “Orduspor” qarşılaşması ilə yekun vurulub.AZXEBER.COM-un məlumatına görə, “Qalatasaray” 0:2 hesablı məğlub duruma düşdüyü oyunu 4:2 hesablı qələbə ilə başa vura bilib. Beləliklə, “sarı-qırmızılar” xallarının sayını 46-ya çatdırdılar və liderliyi davam etdirirlər.Oyunda ilk qol çox qəribə vəziyyətdə vurulub və Selçuk İnana dəyən top öz qapısından keçib. Bunun ardınca, “Qalatasaray”ın qapısına penalti təyin edilib və Stanku “Orduspor”un üstünlüyü iki topa çatıb. Birinci hissə bu hesabla başa çatıb.Lakin ikinci hissədə azarkeşlər tamam fərqli “Qalatasaray” görüblər. Meydan sahiblərinin ilk qolunu Sneyder vurub. Hesabı bərabərləşdirən Burak bir qədər sonra “Qalatasaray”ı hesabda irəli də çıxara bilib. Oyunda son nöqtəni isə Selçuk İnan qoyub - 4:2.“Qalatasaray”ın vitse-prezidenti Əli Dürüst oyundan sonra azakeşlərə təşəkkür edib: “Belə bir matçda sakit durmağı bacaran, söyüş söyməyən və meydana heç nə atmayan tərəfdarlarımıza təşəkkür edirik. Nə olursa olsun, mövsümün sonunda çempion olacağıq. Heç kim bizə mane ola bilməyəcək. Bizi başqalarının oyunları maraqlandırmır. Öz oyunlarımıza baxacağıq”.

OXŞAR XƏBƏRLƏR