Metroda dəhşət: Ayağı qatarın altında qaldı – VİDEO

DÜNYA
12:15 25.02.2013
3378

ABŞ-ın Nyu-York şəhər metrosunda faciə yaşanıb.

Şəhərin Bronks səmtindəki 161 Street-Yankee Stadium stansiyasında platformada durmuş kişi qəflətən relslərin arasına düşüb.Gələn qatarın maşinisti onu gec gördüyündən, qatarı saxlaya bilməyib.

Qatarın altında qalan sərxoş kişinin ayaqlarını vaqonların təkərləri kəsib.

Qatar dayandırılıb, kişi təkərlərin altından çıxarılıb.Dərhal Lincoln Hospital-a aparılan orta yaşlı kişi ilə bağlı açıqlama verən həkimlərin dediklərinə görə, o, iki ayağını itirsə də, yaşayacaq.Nyu-York metropolitenində son 5 gündə artıq 6 nəfər qatar altına düşüb. (milli.az)

OXŞAR XƏBƏRLƏR