Tanınmış aparıcı və produsser Tural Əsədov "Ulduza toxun" layihəsinin 19-cu buraxılışında qonaq olub.AZXEBER.COM-un məlumatına görə, 2013-cü ilin ilk verilişində tanınmış aparıcı və produsser “Facebook” və “Twitter” sosial şəbəkələri vasitəsilə istifadəçilər tərəfindən verilən 10 ən maraqlı suala cavab verib. Tural Əsədov ölkədə hansı şəraitdə yeni televiziya layihələrinin həyata keçirilə bilməsi barədə danışıb. Tanınmış aparıcı qeyd edib ki, xarici ölkələrə tez-tez səyahət etsə də Bakı onun sevimli və yaşaya biləcəyi tək şəhərdir. Bundan əlavə, Tural öz həyat baxışları, uşaqlıq arzularını tamaşaçılarla bölüşüb.Ozal İbrahimli