Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.