“Zenit” futbol klubunun ən yaşlı azarkeşi vəfat edib.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “Zenit” futbol klubunun 101 yaşlı azarkeşi Çivya Savitsaya Sankt-Peterburqda dünyasını dəyişib.Savitskayanın “Zenit” klubuna həyatının son 15 ilində azarkeşlik etdiyi bildirilir. Azarkeş özü sevimli komandasının bütün oyunlarına adətən televizordan baxdığını etiraf edib.Savitskaya ilk dəfə 8 may 2011-ci ildə stadiona peterburqluların Moskvanın “Lokomotiv” klubu (1:1) ilə oyunu izləmək üçün gedib. Qadın həmin oyuna 80 ildən artıq “Zenit”ə azarkeşlık edən rəfiqəsi Reqina Donde ilə gedib.Xatırladaq ki, Donde də 2012-ci ildə 103 yaşında vəfat edib.