Müğənni İlahə İbadova qəti qərara gəlib.AZXEBER.COM-un məlumatına görə, sənətçi bu il ərzində tamaşaçılarına konsert hesabatı verməyi planlaşdırıb. Son illər repertuarını sürətlə təzələyən sənətçi, ən uğurlularını seçib canlı, böyük ansamblın müşayiəti ilə səsləndirəcək. Onun fikrincə, bu zaman üçün konsert vermək, əksər hallarda maliyyə itgisinə gətirib çıxarır:
“Əksəriyyət mənim kimi bu qənaətdədir ki, konsert sənətçiyə pul qazandırmır. Mən udsam və ya uduzsam belə, konserti hesabat naminə düşünürəm. Elə bir konsert olmalıdır ki, insanlar orda həm milli, həm də müasir abu-havanı hiss etsinlər” – deyən xanəndə repertuarını zövqlərin müxtəlifliyini nəzərə alaraq düşünüb.
Qeyd edək ki, bu günlərdə Türkiyənin məhşur sənətçilərindən biri ilə İlahənin Bakıda konsertini təşkili təklifi gəlib. İlahə təklifi düşünür və qərarını yaxın günlərdə bəlli edəcək.
Fotoqraf Bəhruz Əlizadənin çəkdiyi fotosessiyanı təqdim edirik.Ozal İbrahimli