Gürcüstan prezidenti baş nazir Bidzina İvanişvilinin yeni uydurduğu formatı anlamadığını deyir
Gürcüstan prezidenti Mixail Saakaşvili özünü diktator saymır. Tiflisdə xüsusi brifinqdə jurnalistlərin sualını cavablandıran Saakaşvili baş nazir Bidzina İvanişvilinin dediklərini təəccüblə qarşıladığını deyib. “İvanişvilinin Konstitusiya diktaturası ilə bağlı iddiaları mənim üçün anlaşılan deyil. Ümumiyyətlə o, yeni epistolyar stil uydurub özü üçün. İvanişvili mənimlə “Facebook” vasitəsi ilə yazışır və cavabı da həmin şəbəkədə verilməsini istəyir”, - deyə o vurğulayıb.. (anspress)