Ukrayna Azərbaycanlı Gənclər Birliyi Ukraynada fevral ayını Xocalı ayı elan edib.
AZXEBER.COM-a verilən məlumata görə, birliyin bununla bağlı keçirtdiyi toplantıda Ukraynanın bir sıra vilayət və şəhərlərində keçiriləcək tədbirlər plani təsdiq olunub.
Toplantıda UAGB-nin sədri Anar Tahirov çıxış edərək, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində "Xocalıya Ədalət" kompaniyası çərçivəsində həyta keçirilən tədbirlərin 21 il bundan öncı ermənilərin xocalı şəhərində törətdikləri soyqrım siyasətinin beynəlxlq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynadığını bildirib. Bu istiqamətdə dünyanın müxtəlif ölkələrində olduğu kimi ukraynada yaşayan azərbaycanlı gənclərində üzərinə böyük məsuliyyətin düşdüyünü nəzərə çatdırıb. Ötən 3 ildə İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ukraynada fevral ayının Xocalı ayı elan olunmasının tarixi əhəmiyyətindən danışan birliyin idarə heyətinin üzvlərindən Cavid Hüseynzadə, İlhamə Allahverdiyeva, Oksana Əliyeva, Orxan Əliyev, Elməddin Zərbəlizadə və digər gənclər ənənəyə uyğun olaraq bu ildə Xocalı ayı çərçivəsində Ukraynada keçiriləcək tədbirlər haqqında ətraflı məlumat veriblər .Toplantıda tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında xocalıya ədalət yürüşlərinin keçirilməsi, Xocalı soyqırımını özündə əks etdirən foto informasiya bukletləri paylanması, adı çəkilən şəhərlərdə anım mərasimlərinin təşkil olunması , Xocalı faciəsini özündə əks etdirən sənədli filmlərin nümayiş etdirilməsi, ATƏT-in və BMT-nin Ukrayna nümayəndəliklərinin qarşısında etiraz aksiyasının keçirilməsi məsələləri geniş müzakirə edilərək yekdilliklə təsdiq olunub.Ukraynanın bir sıra vilayət və şəhərlərində keçiriləcək tədbirlərin vaxtı müəyyənləşdirilib.Toplantıda çıxış edən Ukraynanın müxtəlif gənclər təşkilatlarının nümayəndələridə Xocalıya Ədalət kompaniyasına qoşulacaqlarını bəyan ediblər .