Bu gün Azərbaycan Premyer Liqasında 4-cü və 16-cı turdan təxirə salınmış iki oyun keçiriləcək.
Bu oyunlar ilk “altılığ”a düşmək mübarizəsini davam etdirən “Bakı” və AZAL üçün mühüm əhəmiyyət kəsb edir. Bu komandalar xal itirərlərsə, işlərini daha da çətinləşdirəcəklər.
AZAL-ın bugünkü oyunda rəqibi “Neftçi” də meydana qələbə üçün çıxacağını açıqlayıb. Çempionluğa oynayan “ağ-qaralar”ı bu qarşılaşmada yalnız üç xal düşündürür.
“Bakı”nın rəqibi “Turan” “altılığ”a düşmək şansı nəzəri cəhətdən qalsa da, bu oyunun favoriti paytaxt təmsilçisi hesab olunur.
15.00. “Turan” – “Bakı”Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, Namiq Bəkirov“Dalğa Arena”
16.00 AZAL – “Neftçi”Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Vaqif Musayev, Rauf CabbarovAZAL Arena//qol.az