“Qalatasaray” klubu qış transfer pəncərəsində aldıqları Didye Droqbanın oynamaq üçün lisenziyasını FİFA-dan əldə edə bilib. Bu məlumatı İstanbul təmsilçisi rəsmi tvitter səhifəsində bildirib.Qeyd olunub ki, artıq dünyanın ən ali futbol qurumu Droqbanın “Qalatasaray”da oynamasına rəsmən icazə verib.Beləliklə, ulduz futbolçu baş məşqçi Fatih Tərimin şans verəcəyi təqdirdə bu həftə Gənclərbirliyi”nə qarşı çempionat oyununda iştirak edə biləcək.Qeyd edək ki Çinin "Şanxay Şenhua" klubu Droqbanın “Qalatasaray”a transferinin qanunsuz olduğunu bildirərək FİFA-ya şikayət etmişdi. Lakin dünyanın ən ali futbol qurumu şikayəti rədd edib.