Ermənilər dünən Tovuzun Əlibəyli və Hacıallı kəndini ermənilər intensiv olaraq atəşə tutublar.AZXEBER.COM-un məlumata görə, kəndlər axşam saat 21.00-dan gecə saat 01.00-a qədər atəşə tutulub. Atışma intensiv olduğundan əraziyə ümumiyyətlə daxil olmaq mümkün olmayıb.Yerli sakinlər bildiriblər ki, atışma o dərəcədə dəhşətli olub ki, heç bir evdə hətta işıq belə yandırmaq mümkün olmayıb. İnsanlar bütün gecəni qorxu içində keçiriblər.