Xalq artisti İlhamə Quliyeva uzun illərdi küsülü olduğu həmkarı Flora Kərimova ilə duet oxumaq istəyini dilə gətirib.
AZXEBER.COM-un məlumatına görə, 106.3 FM-də DJ Kazımın qonağı olan İ.Quliyeva Flora Kərimovadan söz düşərkən onu “böyük sənətkar” adlandırıb.“Biz illərdir bu səhnədəyik, artıq xalq artistiyik. Hərdən deyirlər ki, Flora sənin dalınca danışdı. Deyirəm, əcəb elədi, ona olar. Əgər alınarsa onunla duet belə oxuya bilərəm”.