Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 3-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 12-də hava şəraitinin yağmurlu keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Yaxın 2 gündə Abşeron yarımadasında rütubətli hava şəraiti, eyni zamanda arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.