Gənclər və İdman nazirliyinın təşəbbüsü ilə Bakı şəhərində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalı öz işinə başlayıb.
Nazirlikdən AZXEBER.COM-a bildirilib ki, konqresinin rəsmi açılış mərasimi iyunun 27-də Gülüstan sarayında gerçəkləşəcək. 25 ölkədən 200-dən artıq gənclərlə iş üzrə dövlət orqanlarının, gənclər təşkilatlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, eyni zamanda gənc parlament üzvlərinin iştirak edəcəyi konqresdə “Böyük İpək Yolu”na həsr olunmuş film nümayiş olunacaq, panel müzakirələri aparılacaq.
Konqres çərçivəsində Beynəlxalq Gənclər Təşkilatının təsis edilməsi, Bakı Deklarasiyasının qəbul edilməsi), gənc fotoqrafların və rəssamların sərgisinin və müxtəlif ölkələrdən olan yaradıcı gənclərin iştirakı ilə Qala-konsert kecirilməsi də nəzərdə tutulub. Konqresin kecirilməsində əsas məqsəd tarixi “Böyük İpək Yolu” üstündə yerləşən ölkə gənclərinin və gənclər sahəsində çalışan qurumların əməkdaşlığı üçün şəraitin yaradılması, müxtəlif qitə, din, dil, mədəniyyət daşıcıyılarının bir birləri ilə sıx əlaqə qurması, gənclər arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhvə verilməsidir.