Sumqayıtda “Aktiv Vətəndaşlıq Məktəbi” layihəsinə yekun vuruldu

Sumqayıtda “Aktiv Vətəndaşlıq Məktəbi” layihəsinə yekun vuruldu
İDMAN
02:26 22.08.2011
2371
Azərbaycan Respublikası Gənclər Və İdman Nazirliyinin dəstəyi ilə BRİTİSH COUNSİL Azərbaycan təşkilatının həyata keçirdiyi “Aktiv Vətəndaşlar” (“Active Citizens”) proqramının fəal iştirakçısı olan “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı Sumqayıt gəncləri üçün həyata keçirilən “Aktiv Vətəndaşlıq Məktəbi” layihəsini uğurla başa çatdırıb. AZXEBER.COM-un məlumatına görə, layihə müddətində 30 Sumqayıt gəncinə “Aktiv vətəndaşlıq”, “Könüllü işin uğurlu karyerada rolu”, “Komanda işi və motivasiya”, “Blog və yeni media”, “İlk tibbi yardım”, “Həvəskar fotoqrafiyanın sirrləri”, “İlkin təlimçilik bacarıqları”, “Auditoriay qarşısında çıxış etmə, natiqlik və ritorika” adlı 8 müxtəlif mövzuda təlimlər keçirilib. İyul –avqust aylarını əhatə edən layihə ərzində gənclər eyni zamanda öyrəndiklərini praktik olaraq tətbiq ediblər.Bu gün baş tutan yekun tədbirdə məktəbi uğurla bitirən gənclərə sertifikat verildi. Məktəbin təşkilatçılarından biri olan Nilufər Elçinqızının verdiyi məlumata görə layihəyə böyük marağın olduğunu nəzərə alaraq sentyabr ayının sonlarında “Aktiv Vətəndaşlıq Məktəbi-2”-yə start veriləcək. Bununla yanaşı layihənin birinci hissəsində aktiv olan gənclərin iştirakı ilə Sumqayıt şəhərinin orta məktəblərində şagirdlərə bu mövzularda seminarlar keçiriləcək. Seminarları keçmək üçün “AVM”-nin iştirakçıları arasından seçim aparılacaq.Bu il fəaliyyətinin 5 illiyini qeyd edən “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı “Aktiv Vətəndaşlar” (“Active Citizens”) proqramının fəal iştirakçısıdır. Xatırladaq ki, may ayında proqram çərçivəsində ölkəmizdə səfərdə olan Britaniyalı gənclər Sumqayıtda olmuş və təşkilatın işi ilə maraqlanmışlar. Eyni zamanda iyun ayında İngiltərənin Mançhester şəhərində təşkil olunan təcrübə mübadiləsində “SDGT”-nin sədri Tofiq Sadıxov da iştirak edərək ingilis həmkarlarının işi ilə tanış olmuşdur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO