Cenifer Lopez: "Hərdən “şirin, sevimli” olmaq istəyirəm, hərdən də seksual"

Cenifer Lopez: "Hərdən “şirin, sevimli” olmaq istəyirəm, hərdən də seksual"
13:32 20.08.2011
1950
21 ildir səhnədə olan Lopez “Tempo” jurnalında yayımlanan müsahibəsində uşaqları və sənəti barədə maraqlı açıqlamalar verib. Geyinib-gecinməyi, tez-tez saç düzümlərini dəyişməyi və bəzənməyi çox sevdiyini deyən latın amerikalı gözəl “Ana olduqdan sonra sənətinizə münasibətiniz dəyişdimi?”, sualına: “Deyəsən bir az dəyişikliklər var. Amma gündəlik həyatda necə idimsə, indi də eləyəm. Hərdən “şirin, sevimli” olmaq istəyirəm, hərdən də seksual. Anaların da seksual ola biləcəyinə inanıram”, - deyə cavab verib. Hamiləlikdən sonra artıq çəkilərindən idman və rəqs etməklə qurtulan Lopez ən çox əkizləri üçün mahnı oxumağı sevdiyini deyib. Yeni albomunun adının niyə “Love” olduğunu isə belə açıqlayıb:“Sevgi çox güclüdür və bəzən yorucudur. Uşaqlarıma bəslədiyim sevgim çox böyükdür. Son mahnılarımda “İnsanın həyatı boyu tək bir sevgisimi olmalıdır, yoxsa daha çox” sualına cavab axtarmışam. Albomda ruh əkizimizin kim olduğunu, həqiqi sevgini tapıb-tapmayacağımızla bağlı hamını maraqlandıran suallara diqqət çəkmişəm”. /// kulis.az
OXŞAR XƏBƏRLƏR