"Mərkəz" qəzeti aksiyaya başladı: "Facebook" məhbuslarına azadlıq

"Mərkəz" qəzeti aksiyaya başladı: "Facebook" məhbuslarına azadlıq
12:47 20.08.2011
1582
Azərbaycanda uzun müddətdir ki, bir sıra müxalifət yönlü qəzetlər “Vicdan məhbusu” adlandırdıqları şəxslərin azadlığa buraxılması tələbi ilə aksiya keçirir və hər gün öz səhifələrində onların şəkillərini dərc edirlər. Bu gün oxşar kampaniyaya “Mərkəz” qəzeti start verib, amma fərqli şəkildə. Millət vəkili Gülər Əhəmədovanın baş redaktoru olduğu qəzetin 3-cü səhifəsində Böyük Britaniya polisinin “Facebook” sosial şəbəkəsində iğtişaşlara dəstək xarakterli fikirlər yazdığına görə 4 il azadlıqdan məhrum edilən 2 ingilis gəncin şəkli dərc olunub və onlara azadlıq tələb olunur. Qəzet dünya ictimaiyyətini, dünyanın nüfuzlu hüquq-müdafiə təşkilatlarını öz fikirlərinə görə tutulan bu gənclərin həbsinə göz yummaqda ittiham edir və onları “Facebook” məhbusu adlandırır. Qəzet bu beynəlxalq kampaniyaya dəstək olmaq istəyənləri sosial şəbəkədə yaradılan xüsusi səhifəyə qoşulmağa dəvət edir. Xatırladaq ki, İngiltərə məhkəməsi bu gəncləri iğtişaşlarda iştirak etməmələrinə və heç bir oğurluq, dağıntı törətməmələrinə baxmayaraq 4 il azadlıqdan məhrum edib. Baş nazir Devid Kemeron da məhkəmənin hökmünü düzgün sayıb. Bundan əvvəl isə ingilis deputatlar iğtişaşlar zamanı sosial şəbəkələrin bağlanmasını təklif etmişdilər.
OXŞAR XƏBƏRLƏR