AZXEBER.COM portalının Fransa mətbuatına istinadən verdiyi xəbərə görə, dünya şöhrətli aktyor Paris-Dublin səfəri zamanı təyyarədə şok hadisə yaşayıb. Tanınmış fransız aktyoru təyyarə qalxmadan öncə tualetə getmək istəsə də, təyyarənin işçiləri ona maneə olaraq yalnız təyyarə qalxdıqdan sonra tualetin açıq olacağını söyləyiblər. 62 yaşlı aktyor bunun ardından özünü saxlaya bilmədiyini görüb və bütün sərnişinlərin gözü önündə tualetini edib.Fransa mətbuatının yaydığı məlumata görə, təyyarənin mənsub olduğu “Air France-KLM” aviaşirkətinin Jerar Depardyeni məhkəməyə verib-verməyəcəyi hələlik bilinmir.
Qeyd edək ki, 62 yaşlı fransız kino ulduzu Jerar Depardye bir neçə ay bundan öncə Azərbaycanda səfərdə olmuşdu.