Gənclər üçün arxeoloji düşərgələrə start verilir

DÜNYA
13:21 21.06.2012
1694

Gənclər və İdman Nazirliyi tərəfindən bu ildən etibarən ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə respublikanın müxtəlif regionlarında arxeoloji düşərgələrin keçirilməsi nəzərdə tutulub.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, düşərgənin təşkil edilməsində əsas məqsədgəncləri vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumatların verilməsidir.

Bununla əlaqədar olaraq Nazirlik, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 22 iyun tarixindən başlayaraqali təhsil müəssisələrinin tələbələri üçün Qəbələ rayonunda arxeoloji düşərgələrə start verir.Düşərgədə 15-ə yaxın ali təhsil müəssisəsindən 80 nəfər gənc iştirak edəcəkdir.

Düşərgənin sonunda iştirakçılara Gənclər və İdman nazirliyinin sertifikatları veriləcəkdir. Düşərgələr 6 iyul tarixinədək davam edəcək.

22 iyun 2012-ci il tarixdə düşərgədə çalışacaq tələbələr ilə gənclər və idman nazirinin müavini cənab İntiqam Babayevin və Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın iştirakı ilə görüşü keçiriləcəkdir.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə” Dövlət Proqramının 6.7 bəndinə uyğun olaraq gerçəkləşir.

OXŞAR XƏBƏRLƏR