Uşaqlarımızı sünnət etdirək yoxsa?

Uşaqlarımızı sünnət etdirək yoxsa?
13:02 16.08.2011
3253
Sünnətin tarixi qədim zamanlara gedib çıxır. Hətta dəqiq tarixini bilən yoxdur. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqda məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyə etdikləri görülür. Buna baxmayaraq xaçpərəst dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.Sünnətin insan sağlamlığına nə kimi faydası var?- Sidik kanalının infeksiyaya yoluxmasının qarşısını alır. Sünnət olunmayan zaman artıq dəri infeksiya üçün əlverişli bir mühüt rolun oynayır. ABŞ tədqiqatçılarının araşdırmalarına əsasən sidik kanalının infeksiyaya yoluxmasında sunnətsiz kişilər sünnət olunanlardan 20 dəfə çoxdur.- Cinsi yolla yoluxan bəzi xəstəliklərin qarşısını alır. Hətta sünnət olan insanın QİÇS-ə yoluxma riskinin sünnətsizlərə nisbətən az olduğu bildirilir.- Kişilərdə cinsiyyət orqanı xərçənginin qarşısını alır. Bu xəstəlik nadir bir xəstəlik olub 100 000 kişidən 0,7-0,9 kişidə rast gəlinə bilər.- Cinsiyət orqanının iltihabının qarşısını alır. İkinci dünya müharibəsi zamanı Körfəzdə döyüşən əsgərlərin burada tez-tez baş verən qum fırtınaları nəticəsində bu problemlə rastlaşdıqları məlumdur.Hansı yaşda sünnət olunmalıdır?Bəzən yaraların daha tez sağalması, qanamanın az olması və psixoloji travmanın olmaması baxımından bu əməliyyatın 0-1 yaş arasında edilməsi məsləhət görülür, lakin bəzi məqamlar var ki, uşağın sünnət olması onun sağlamlığı üçün təhlükəlidir (sidik dəliyinin normal yerindən aşağı və ya yuxarı olması və.s.) bu hallar isə 6-7 yaşda özünü göstərdiyi üçün sünnət üçün ideal yaş 7 yaşdan sonra göstərilir.Həkim, yoxsa dəllək?Bir zamanlar çox yerlərdə sünnət edən xüsusi adamlar olurdu. El arasında onlara “dəllək” deyirdilər. Bu dəlləklərin işini hamı bəyənir, onlara böyük hörmət olurdu. Bakının bir çox qəsəbələrində belə dəlləklər fəaliyyət göstərirdi. Heç kəs onların bu əməliyyatı necə və hansı alətlərlə həyata keçirməsi ilə maraqlanmırdı. Zaman keçdikcə, yoluxucu, infeksion xəstəliklərin artması insanlarda şübhə doğururdu. Və beləliklə də dəlləklərin bazarı ölməyə başladı…İndi paytaxtın bütün küçələrində “ağrısız, lazerlə, qısa zamanda sünnət” başlıqlı elanlara rast gəlmək mümkündür. Elm inkişaf etdikcə, sünnət “texnologiyası” da dəyişir. Hazırda insanların böyük əksəriyyəti bu əməliyyatı həkimlərin keçirməsinə üstünlük verir.İslamda Sünnətİslam dinində buyurulan vacib əməllərdən biridə sünnət etməkdir. Belə ki, oğlan uşağı yetkinlik həddinə (həddi-büluğa) çatdığı təqdirdə, ona sünnət etdirmək vacibdir. Bu işin həddi-büluğa çatmamış görülməsi daha yaxşıdır. İslamın elmi möcüzələrini daha yaxından tanımaq üçün sünnət etməyin bir neçə əsrdən sonra kəşf edildiyi bəzi faydalarına işarə edirik.Sünnət etməyin faydaları1) Kişilərin xərçəng xəstəliyinə tutulmasınin qarşısını almaq.Bəzi ölkələrdə, o cümlədən Hindistanda sünnət etmək yayılmadığı üçün cinsi orqanda xərçəng xəstəliyi, sünnət etməyin rəvac tapdıği digər ölkələrlə müqayisədə 10 dəfə artıqdır. Qeyri-müsəlman tədqiqatçıları bu tibbi iş üzərində geniş axtarış apardıqdan sonra onun müxtəlif faydalarını üzə çıxarıblar. Bir çox araşdırmalar göstərir ki, sünnətin minimum faydası xərçəng xəstəliyini azalmasıdır. Bu gün sünnət etmək xərçəng xəstəliyinin qarşısını almaq üçün bir növ vaksen hesab edilir. Cinsi orqanının xərçəng xəstəliyinə düçar olduğu 2500 nəfərdən cəmi 33 nəfəri sünnət edilmişdir ki, bu da təqribən hər 76 nəfərdən 1-i deməkdir (Ola bilsin bu 33 nəfər də gec sünnət olunublar).2) Qadınlarda xərçəngə yoluxmanın qarşısının alınması3) QİÇS xəstəliyinin azalma ehtimalıSünnət olunmuş insanlarda QİÇS xəstəliyinin yayılma miqdarı azalır. Sünnət olunmağın faydası o qədər böyük maraq doğurub ki, Afrika ölkələrində QİÇS xəstəliyinin qarşısın almaq üçün bu metoddan istifadə edirlər. Çünki, artıq sübut olmuşdur ki, cəmiyyətdə 10 nəfər sünnət olunarsa bir nəfərin QİÇS xəstəliyinə yoluxmasının qarşısı alınar.QİÇS xəstəliyinin on altıncı beynəlxalq konqresində xəbər verildiyi kimi sünnət olunmaq kişilərdə QİÇS-in yayılma imkanını 60 faiz azaldır. Bu tədqiqatlardan alınan nəticə əsasında sünnət vasitəsilə 20 ilin içində milyonlarla insanın canını xilas etmək olar. Sünnət edilmək xüsusilə də QİÇS xəstəliyinə tutulmuş qadınlardan kişilərə yoluxmanın qarşısını almaqda çox təsirlidir.4) İnfeksion xəstəliklərin qarşısını almaq.Sünnət olunan yerin, dərisinin alt hissəsi bakteriya və yoluxucu mikrobların inkişafı üçün əlverişli yerdir. Ona görə də sünnət etmək cinsi əlaqə yolu ilə iltihablara yoluxmanın qarşısını alır. Bu iltihablardan əlavə bəzi tədqiqatlar göstərir ki, sünnət olunmuş kişilərdə sidikdə olan iltihablar digərlərindən daha azdır. Ona görə də hal hazırda bir çox qərb ölkələrində də bu işi genişləndirirlər.5) Sünnət olunmayan insanlarda süzənək xəstəliyinin mualicəsi çox çətin və ağırdır.6) Amerikalı tədqiqatçıların verdiyi məlumata görə sünnət etdirmək, kişilərdə ziyil yaradan "papilumay" virusunun azalmasına səbəb olur.7) Sünnət etməmək spermanın sıçrayışını azaldır.8) Sünnət etməmək sidiyin sıçrayışını azaldır və bəzən də sidik kanalında daşın yaranması kimi bir çox xəstəliklərin tapılmasına səbəb olur.Yeni doğulan uşaqlarda sünnətMüstəhəbdir ki oğlan uşağını doğulduğunun yeddinci günü sünnət etsinlər. Elmi baxımdan bu əməlin bir çox faydasını aşağıda gətiririk. Yeni doğulmuş və südəmər uşaqları sünnət etdirmək, sidik sisteminin iltihabının qarşısını alır. Uşaqların sidik kanalındakı mikrob, başqa təhlükəli xəstəliklərlə nəticələnə bilər. Elə bir xəstəlik ki, böyrək toxumalarının məhv olmasına səbəb olar və sonda böyrəyi inkişafdan saxlayar. Şübhəsiz siz də avropalıların və amerkalıların yerində olsaydınız və sizə: "Tədqiqatlar yaşı üç ayadək olan oğlan uşaqlarının 75%-nin sidik sistemində iltihab olduğunu göstərir və bunların 95%-i sünnət olunmayan uşaqlardır”- deyilsəydi, öz yeni doğulmuş oğlan uşaqlarınızı sünnət etdirmək qərarına gələrsiniz. Müqayisə etmək istəsək, deməliyik ki, yeni doğulmuş oğlan uşağı sünnət edilməyibsə bir yaşınadək sidikliyində iltihabın olma imkanı 10 qat artır.İslam göstərişlərinin incəliyinə və dəqiqliyinə bir az artıq diqqət etməyin yeridir. Çünki, bu əməlin uşağın doğum günündən bir neçə gün sonra yerinə yetirilməsi buyrulur, hətta daha dəqiq olaraq bir həftə sonra olunması buyurulur (müstəhəb bir əməldir). Digər tərəfdənsə qeyd edilmiş faydalara görə südəmər uşaqların sünnət olunmasını tövsiyə edir. Hemofili kimi qanaxma yaradan xəstəliyə düçar olmuş uşaqları sünnət etmək olmaz. Habelə anadangəlmə sidik sistemi pozulmuş uşaqları da sünnət etdirmək olmaz. Bu anadangəlmə pozuntuların ən mühümü "haypuspadyazus"dir ki, cinsi orqanın altında sidik kanalında dəlik olur və bu dəliyin bərpası üçün sünnət olunan yerin dərisinə ehtiyac olur. Elə buna görə də belə körpələr dəlik bərpa olanadək sünnət olunmamalıdırlar.Südəmər uşaqları sünnət edərkən, yarada iltihab, şiddətli qanaxma, artıq dərini götürmək imkanı olmamaq və cinsi orqanı yaralamaq kimi təhlükələr olur ki, bu zaman geniş bilik və təcrübə sahibi olan həkimə müraciət etməklə yaranan hadisənin qarşısını almaq olar.
OXŞAR XƏBƏRLƏR