“Eurovision 2012” bu binada keçiriləcək –VİDEO

“Eurovision 2012” bu binada keçiriləcək –VİDEO
21:13 11.08.2011
2579

 

AZXEBER.COM-un məlumatına görə, bu barədə  saytına İctimai Televiziyanın mətbuat xidmətindən məlumat verilib.

Avropa Yayımları Birliyinin nümayəndələri Bakıda müsabiqəyə hazırlıqla bağlı növbəti danışıqlar aparıblar. Eyni zamanda “Eurovision-2012”nin keçiriləcəyi məkanla bağlı, müsabiqəyə hazırlıq üçün «B variantı” barədə müzakirə aparılıb. 
“Əgər müsabiqənin keçirilməsi üçün yeni bir yer tikilirsə, o vaxtında başa çatdırılmalıdır. Şou yeni tikiləcək bir məkanda keçiriləcəksə, onda “B variantı” ehtiyat kimi lazımdır. Əgər hansısa səbəbdən gecikmə və ya başqa bir çətinlik ortaya çıxarsa, onda ehtiyat variant kimi alternativ yer olmalıdır”-deyə Sietse Bekker bildirib.

Hazırda  Bayılda, Dövlət Bayrağı Meydanın yanında “Eurovision-2012” Mahnı Müsabiqəsinin keçirilməsi üçün yeni arena tikilir. 

Heydər Əliyev Fondunun Rusiya nümayəndələiynin rəhbəri Leyla Əliyeva baş redaktoru olduğu  “Baku” jurnalının iyul sayında yazıb ki, Azərbaycanda “Eurovision-2012” Mahnı Müsabiqəsinin keçirilməsi üçün dəniz sahilində yeni konsert kompleksi tikilir.

AZXEBER.COM portalı “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin keçiriləcəyi  binanın layihəsini təqdim edir...

OXŞAR XƏBƏRLƏR