Günün qoroskopu

MARAQLI
10:22 16.01.2011
2165

Qoç - Özünüzü güclü hiss edəcəksiniz. Bununla belə, işləriniz çətinliklə gedir. Hər tərəfdən saysız problemlər sizi əhatə edir. Maliyyə vəziyyətinin aşağı olması gücünüzü və istedadınızı göstərməyə maneə olur. 

Buğa - Səhhətinizi qoruyun. Nəzərdə tutduğunuz maddi  məsələlərin həllinə nail olacaqsınız. Gücünüzü boş yerə israf etməyin, ancaq  xeyir gətirə biləcək problemlərə girişin. 

Əkizlər - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Gücünüzün çox olmasına baxmayaraq, əldə etdiyiniz nəticələr ürəkaçan deyil. Maddi durumunuzu yaxşılaşdırmaq cəhdləriniz səmərəsizdir.

Xərçəng - Səhhətinizə qarşı diqqətli olsanız, maliyyə məsələlərini həll etmək üçün gərgin şərsitdıə əziyyət çəkməzsiz. Sevgi münasibətləriniz problemli olaraq qalmaqdadır.

Şir - İşləriniz alınmır. Fəaliyyətinizin heç bir sahəsində əməli nəticələr əldə edə bilmirsiniz. Mübahisələrdən qaçmağınız məsləhətdir. Səhhətiniz sizin üçün probem yaratmır.

Qız - Səhhətinizə qarşı diqqətli olun. Maliyyə məsələlərinizi həll etmək üçün uğurlu vaxtdır. Sevgi münasibətləriniz problemli olaraq qalmaqdadır. Bədbin fikirləri özünüzdən uzaqlaşdırın.

Tərəzi - Özünüzü güclü hiss edirsiniz. Nəzərdə tutduğunuz planların heç onda birinidə həyata keçirə bilmirsiniz. Sevgi münasibətlərinizdəki qarşılıqlı hisslər hökm sürür.

Əqrəb - İşləriniz alınacaq. Əldə etdiyiniz yüksək nəticələrdən razı qalacaqsınız. Qarşı tərəfin maneələri sizin üçün ciddi problem yaratmayacaq. Səhhətinizə qarşı diqqətli olmalısınız.

Oxatan - İşləriniz alınmır. Diqqətinizi dağıtmadan fəaliyyətinizə nəzarəti gücləndirin. Səhvlərə yol verməyin. Maddi imkanlarınızı artırmaq üçün bu çox vacibdir. Özünüzü güclü hiss edəcəksinız.

Oğlaq - İşləriniz alınacaq. Maliyyə problemlərinin həlli çətinlik yaratmayacaq. Səhhətinizə qarşı diqqətli olun. Sevgi münasibətlərinizdə hələ ki, işıqucu görünmür. Risklərə yol verməyin.

Dolça - Çalışmalarınızda əməli nəticə yoxdur. Maliyyə israflarınız qazancınızdan daha çoxdur. Gecə-gündüz çalışıb ehtiyaclarınızı ödəməyə məhkumsunuz. Səhhətniz sizin üçün problem yaratmayacaq.

Balıqlar - Gücünüzdən səmərəli istifadə edəcəksiniz. Yaxın ətrafınızın köməyi ilə həll olunmamış ciddi probleminiz qalmayacaq. Səhhətinizə qarşı diqqətli olmalısınız.

OXŞAR XƏBƏRLƏR