Faktla bağlı Hikmət Babayev AZXEBER.COM portalının redaksiyasına müraciət edərək, Faiq Ağayevin ona dəyən ziyanı ödəməməsindən şikayətlənib. H.Babayev redaksiyamıza müraciətində məhkəmənin onun tərəfindən qərar qəbul etdiyini söyləyib: "Qərara görə, cavabdeh mənə 120 manat ödəməlidr. Mən hakimə dəymiş ziyanın ödənilməsi barədə qərarının olub-olmayacağını soruşdum. O da dedi ki, bu məsələni cavabdehin yaşadığı rayonun məhkəməsi həll etməlidir. Ona görə də Bakıya gələcəm. Mən Faiq Ağayevlə eynihüquqlu vətəndaş olaraq hüquq mühafizə orqanlarından haqqımı tələb edirəm. Mənə dəymiş ziyan ödənilsin".
Şikayətçi müraciətində eyni zamanda, Faiq Ağayevin Orxan adlı cangüdənin onu dəfələrlə hədələdiyini də, bildirib: “Mən sadəcə haqqımı istəyirəm. Mənə dəyən 940 manat ziyanı ödəmək onlar üçün elə də, çətin deyil. Faiq Ağayev müsahibələrində hər zaman insanlıqdan danışır. Amma, mən onun prodüserinə zəng edib haqqımı istədikdə mənə “get əlindən gələni beş qaba çək” cavabını verir. Bu maşın mənim çörəyimdir. Mən çörəyimin geri verilməsini istəyirəm”.
P.S AZXEBER.COM portalı olaraq qarşı tərəfin də, fikirlərini yayımlamağa hazırıq...