AGAT Azərbaycanı Fransada təmsil edəcək

MAQAZİN
13:11 18.06.2012
2303

AGAT Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, “Gazelli”mağazalar şəbəkəsi, “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinindəstəyi ilə 20 iyun, 2012-ci il tarixində saat 18.00-da Fransanın Paris şəhərində Azərbaycan reallıqlarının aşılanmasına həsr olunmuş “Azərbaycanın Avropaya inteqrasiyası:problemlər və perspektivlər” mövzusunda tədbir həyata keçirəcək. Tədbir Fransanın mötəbər Ecole Militaire-in konfrans zalında keçirilicək.

AGAT-ın mətbuat katibi Adelya Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, tədbir zamanı ölkəmizin əldə etdiyi nailiyyətlərlə yanaşı, avrointeqrasiya prosesində bizi əngəlləyən problemlər (Dağlıq Qarabaq münaqişəsi) bağlı həqiqətlər açıqlanacaq və bunun Fransa ictimaiyyətinə çatdırılması nəzərdə tutulur. Tədbir iştirakçıları Fransa vətəndaşlarından ibarət olacaqdır. Konfransın ekspertləri Bakı Dövlət Universitetinin müəllimi, hüquqşunas Fazil Zeynalov, digəri isə AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Gülmira Rzayeva olacaqdır. Konfransda Fransada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri də iştirak edəcəkdir. 

Qeyd edək ki, AGAT-ın Fransada təfəfdaşı Fransız-Azərbaycan Assosiasiyasıdır. Təşkilati dəstək Azərbaycanın Fransadakı səfirliyi tərəfindən göstərilir.Xatırladaq ki, “Azərbaycan Gənclərinin Avropaya Integrasiyası” Təşkilatı İctimai Birliyi (AGAT) 05.05.2007-ci ildə təsis edilmiş, 03.07.2007-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Təşkilatın sədri Gülsel Səfərovadır. 

OXŞAR XƏBƏRLƏR