Bunun səbəbini bildirməsə də, işgüzar səfər olduğunu gizlətmədi: “Anamla qızıma söz vermişdim ki, bu il üçümüz Türkiyədə istirahətə yollanacağıq. Ancaq onların yanında yalançı çıxdım. Avropadan təklifi qəbul etdiyim üçün Türkiyə səfərim təxirə düşdü. Buna ən çox qızım üzüldü. Amma getməli idim. Bu səfər mənim üçün çox önəmlidir. İnşalllah, qayıdan kimi sizi məlumatlandıracağam. Hələlik isə bu sirr qalsın”.
Qeyd edək ki, bəstəkar Avropanın hansı ölkəsinə getdiyini deməsə də, avqustun 16-sı geri dönəcəyini bildirdi.