'İrəli' Yeni Media Akademiyasında yeni dərslərə start verildi - FOTOLAR

DÜNYA
15:16 19.06.2012
2531
“İRƏLİ” Yeni Media Akademiyasında “Radio aparıcılığı”, “Protokol jurnalistikası” və “Mediada PR” (piyar) fənnindən dərslər başlanıb.Birliyin mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyevanın AZXEBER.COM-a verdiyi məlumata görə, “Radio aparıcılığı” fənnini tanınmış jurnalist, Media FM-in və Xəzər Televiziyasının “Avtostop” layihəsinin aparıcısı Tural Yusifov ilk dərs günündə gənc jurnalistlərin hansı radiostansiyaları dinlədikləri ilə maraqlanıb, Azərbaycanda fəaliyyət göstərən radiolar haqda məlumat verib. Həmçinin radioyla digər Kütləvi İnformasiya Vasitələrinin (KİV) oxşar və fərqli cəhətləri müzakirə edilib.“Mediada PR”ın düzgün qurulması fənnini isə tanınmış jurnalist, BDU-nun “Jurnalistika” fakültəsində bakalavr, Gürcüstanda GİPA jurnalistika məktəbində magistr təhsili almış Vüqar Babayev tədris edib. İlk dərsdə gənc jurnalistlərə PR-ın xüsusiyyətləri, növləri, reklamla oxşar və fərqli cəhətləri haqda məlumat verilib.Protokol jurnalistikası fənnini tədris edən Kövsər Orucbəyli ilk dərsdə gənc jurnalistlərə protokol qaydaları haqda məlumat verib. Jurnalistin etik davranışları, peşə kodeksləri müzakirə edilib.Qeyd edək ki, hazırda “İRƏLİ” Yeni Media Akademiyasında Radio Aparıcılığı, Mediada PR, “Protokol Jurnalistikasıyla yanaşı, Xəbərçilik nəzəriyyəsi və Media Hüququ dərsləri tədris edilir. Bundan əlavə gənc jurnalistlər hər həftə Azərbaycan mediasının tanınmış simaları, peşəkar jurnalistlərlə görüşür

OXŞAR XƏBƏRLƏR