Ledi Qaqa yenidən gündəmdə!

İDMAN
09:27 07.08.2011
1757

Həmişə qeyri-adiliyi ilə seçilən məşhur müğənni plaqiatda ittiham olunur. Ledi Qaqanı məhkəməyə verən şəxs isə Çikaqoda yaşayan müğənni və bəstəkar Rebekka Françeskattidir. O, Ledi Qaqanı "Born Zis Vey" adlı albomundakı “Yuda” adlı mahnısını yazdırarkən 1999-cu ildə Françeskattinin özünün yazmış olduğu mahnılardan birinin orijinal hissəsindən istifadə etməkdə ittiham edir.

Qeyd edək ki, Ledi Qaqa internet istifadəçiləri arasında ən məşhur pop-musiqi ulduzudur. Onun "Facebook" şəbəkəsində 40.8, "Tweetter"də isə 11.7 milyon azarkeşi var.

OXŞAR XƏBƏRLƏR