Bütün dünyası ilə. Aşbazlar və stilistlər, şəhər bələdçiləri və xalça satanlar, taksiçilər və polislər - bütün şəhərdə elə bir adam tapmaq mümkün deyil ki bu hadisəni şəxsən özü ilə bağlamasın. Qarşıdan gələn bayram öncəsi özlərini ən vacib insanlar hesab edənlər inşaatçılardır. Bəs necə! Avropadan gələcək on minlərlə qonağın qiymətləndirəcəyi tikilini ucaltmaq hər zaman nəsib olmur. Şəhərdə prinsipcə yeni səviyyəli bir konsert kompleksi peydə olacaq. Öz güclərinə inamı öncədən ifadə edən inşaatçılar əmindirlər ki, Eurovision-a meydan verə biləcəklər, eləsini ki hələ tayı-bərabəri olmamış. Yeni konsert kompleksini dənizin kənarında inşa edirlər və buradan açılan mənzərə indidən öz sehrinə salır, ilk musiqiçilər və tamaşaçıların gəlməsinə hələ çox qalmış olmasına rəğmən.
Bayrama hazırlıq bütün şəhər atmosferinə yayılıb. Hər şey gözəlləşdirilir: memarlıq şedevrlərindən şəhərin ilk gözəllərinə kimi. Ən fərqli, bəzən musiqi dünyasından çox uzaq olan mövzularda fantastik mərclər edilir. Elə musiqi dünyasının özü də bayram öncəsi uçuğa tutulub: axı minlərlə qonağı təkcə yerləşdirib, yedirməklə iş bitmir, onları ürəklərincə əyləndirmək də lazımdır". AZXEBER.COM portalının məlumatına görə, bunu Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva baş redaktoru olduğu “Baku” jurnalının iyul sayında yazdığı məqalədə qeyd edib.