Qarabağ danışıqlarının yeni mərhələsi başlayır

Qarabağ danışıqlarının yeni mərhələsi başlayır
İDMAN
06:44 08.08.2011
2109
Kremlin mətbuat xidmətinin yaydığı xəbərə görə, İlham Əliyevi dəvəti qəbul edib və bu səfər həyata keçiriləcək. Kazan görüşünün fiaskoya uğraması, bunun ardınca Medvedevin xarici işlər naziri Lavrovu yeni təkliflərlə Bakı və İrəvana göndərməsinin ardınca belə bir görüşün keçirilməsi maraq doğurur. Şübhəsiz ki, bu görüşdə əsasən Dağlıq Qarabağ məsələsi müzakirə ediləcək.

Bu arada Rusiya və Gürcüstan KİV-lərinə müsahibə verən D.Medvedev Gürcüstan müharibəsi ilə bağlı maraqlı fikirlər səsləndirib. Rusiya prezidenti bildirib ki, 2008-ci ilin avqustunda Gürcüstanda baş vermiş münaqişə Azərbaycan və Ermənistan prezidentləri üçün ciddi dərs oldu: “Gürcüstandakı münaqişədən az sonra Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Soçiyə gəlmişdilər. Bilirsinizmi, onlar mənə nə dedilər? Dedilər ki, bu çox pis hadisədir, Qafqaz üçün pis hadisədir. Onların hər biri əlavə etdilər ki, bu həm də onlar üçün müəyyən mənada dərs oldu. Prezidentlərin mənə dedikərinə görə, 5 günlük müharibədənsə, Qarabağın taleyinin necə olacağı, orada referendumun keçirilib-keçirilməyəcəyi, sülh sazişinin necə olacağı haqda sonsuz şəkildə danışıqlar aparmaq daha yaxşıdır”.

Rusiya prezidenti bildirib ki, əgər Gürcüstan prezidenti Saakaşvili “bir az ağılılı olsaydı, biz Soçidə ya başqa yerlərdə görüşüb beləcə oradakı münaqişənin də həll yolu axtarardıq”.
Rusiya prezidentinin dəvətini və səfərdən əvvəl verdiyi açıqlamanı «Bizim Yol»a şərh edən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyir ki, əslində İlham Əliyevin Soçiyə dəvət edilməsi gözlənilən idi. Onun sözlərinə görə, Medvedev Kazan görüşündən sonra israrlıdır ki, sülh müqaviləsi əldə olunsun: “Çünki gələn il Rusiyada prezident seçkiləri keçiriləcək. Bu məsələnin həlli Medvedevi həm Rusiya ictimaiyyətinə, həm də beynəlxalq aləmə sülhyaradıcı prezident kimi təqdim etməsi üçün əla imkandır. Məncə, müşahidə etdiyimiz proseslər, Medvedevin Qarabağ məsələsində göstərdiyi aktivliyin əsl səbəbi budur. Güman edirəm ki, Soçi görüşü planlaşdırıldığı vaxtda və zamanda baş tutacaq. Bu artıq əvvəlki fəallığın məntiqi davamıdır».

Medvedevin Gürcüstan müharibəsi ilə bağlı açıqlamalarına diqqət çəkən politoloq hesab edir ki, Rusiya bununla Azərbaycana Ermənistana mesaj verib. «Bu təhdid xarakterli mesajdır. Əgər belə bir görüş ərəfəsində təhdid xarakterli mesaj verilirsə, demək ya rəsmi Bakının siyasətində Medvedevi razı salmayan hansısa məqamlar var, ya da o. bildirmək istəyir ki, sülh prosesinə razı olub imza atmasanız bunun xoşagəlməz nəticələri ola bilər. Məsələn, Gürcüstan kimi”.

Ərəstun Oruclu Soçidə konkret planın müzakirə ediləcəyini güman etmir. Onun fikrincə, orada ümumi, ancaq prinsipial məsələlər müzakirə ediləcək: “Dağlıq Qarabağ sülh prosesinin nizamlanması məsələsi ətrafında fikir mübadiləsi aparılacaq. Güman edirəm ki, Medvedev tərəfindən həm Azərbaycana, həm də Ermənistana təziyq edilə bilər. Bununla da hər iki ölkənin maraqlarına zərbələr dəyə bilər. Medvedevin konkret marağı münaqişəni həll etməkdir və konkret zərbənin kimə dəyəcəyi o qədər də önəmli deyil”.

OXŞAR XƏBƏRLƏR