'Reket'lərin adları bəlli oldu

20:14 19.06.2012
1528
Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.
AZXEBER.COM-a MŞ-dan verilən məlumata görə, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin rəhbərlik etdiyi komissiyanın üzvləri 8 mətbu nəşr və 1 xəbər portalı ilə bağlı məsələni müzakirə ediblər.
V.Rəhimzadə bildirib ki, bunların ikisi Şuranın Şikayətlər üzrə Komissiyası, digərləri isə MŞ Katibliyi tərəfindən araşdırılmağa təqdim olunub.İclasda yekdilliklə rəyə gəlinib ki, «Ədalət tribunası» qəzetinin adının Mətbuat Şurasının «reket nəşrlər» üçün müəyyənləşdirdiyi «qara siyahı»ya salınması üçün kifayət qədər əsaslar mövcuddur. Bu zaman Şuranın Şikayətlər üzrə Komissiyasında aparılan müzakirələr, quruma daxil olan şikayətlər, qəzetdə gedən materiallarda etik prinsiplərə çoxsaylı sayğısızlıq hallarına və digər məqamlara istinad olunub.«Dünya» İnformasiya Agentliyi ilə əlaqədar məsələyə baxılarkən komissiya üzvləri yekunda xəbər portalına sonuncu xəbərdarlığın olunması razılığına gəliblər. Qeyd edilib ki, informasiya agentliyindən şikayət doğuran materiallarda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra prinsip və bəndlərinin tələblərinə əməl edilməyib.
OXŞAR XƏBƏRLƏR