ŞOK! Cavanşir Məmmədov müğənniləri şantaj etdi: “Gizli kasetləriniz əlimdədir”

İDMAN
20:02 05.08.2011
2388

 Azərbaycanlı istifadəçilər sosial şəbəkələrdə, forumlarda bu hərəkətinə görə Aynişanı qınayıblar. "Facebook" sosial şəbəkəsində yaradılan “Anti Aynişan” qrupunun 10 minə yaxın üvzü var. Aynişan son günlər sosial şəbəkələrdə ən çox tənqid olunan şəxsdir. 


AZXEBER.COM-un məlumatına görə, Respublikanın əməkdar artisti Aybəniz Haşımova məsələ ilə bağlı “Space”in efirində yayımlanan “Olduğu kimi” verilişinin qonağı olub və Aynişanla bağlı məsələyə aydınlıq gətirməyə çalışıb.

Verilişdə eyni zamanda müğənni Cavanşir Məmmədov  və müğənni Firuzə İbadova da iştirak edib. AZXEBER.COM-un məlumatına görə, müğənni Cavanşir Məmmədov verilişdə şok açıqlama ilə çıxış edib. Müğənni bir çox həmkarının arxivlərdə gizli videolarının olduğunu söyləyib: “Arxivdə onların keçmişi var. Onların məndə video kasetləri də var. Qoy otursunlar yerlərində, hamı biri – birilə mehriban davransın. Gəlin açıb tökməyək sandığı. Kasetlər bir müğənniyə aid deyil, bir neçə müğənniyə aiddir. Hazırda elə görüntülər var ki, dostlarımız çəkiblər  veriblər qalıb arxivdə. Amma, yenə deyirəm o görüntüləri efirə versək bu hamımızın ziyanına olar. Çünki, ağacın bir ucu da, bizim çiynimizdədir. Bilirsiniz, biz bir adamı sındırmaq istəyiriksə, özümüz də çatlayırıq. Bu prinsipin səbəbi nədi bilmirəm. Əgər özlərini yığışdırmasalar kaseti ortalığa çıxaracam sonra bu hərəkətlərinə cavab verərlər. Ancaq, hələ ki, gözləyirəm. Hər şeyin vaxtı var”.

Veriliş zamanı Cavanşir Məmmədov Aynişan haqqında yayılan xəbərlərə də, münasibətini bildirib: “İnsanın özünün şəxsiyyəti olmalıdır. Heç kəs özünü şəxsiyyətsiz kimi hesab eləmir. Ancaq, qədim zamanlardan, filmlərdən də, görmüşük ki, arxadan vurulan zərbə həmişə öz içərimizdən gəlib. İndi də belədir. Deyə bilərəm ki, hələ bu xəmir çox su aparacaq. Elə eliyin ki, bu xəmir çox su aparmasın yoxsa sizə pis olacaq.”

AZXEBER.COM-un məlumatına görə, verilişə qonaq olan müğənni Firuzə İbadova da, məsələ ilə bağlı öz mövqeyini bildirib: “Mən o müğənnilərə deyirəm ki, gəlin biz biri-birimizə yaxşılıq edək. Pis əməllərə qurşanıb Azərbaycanın adını batırmayaq. Mən Aybəniz Haşımovanın haqlı mövqeyinə qoşularaq demək istəyirəm ki, Aynişan tək deyil. Bu savaşda mən də varam. Özü də ən başda mənəm. Özünüzü yığışdırın! Bir az aşağıdan gedin, lazım deyil belə eləmək. Axırda öz başınızı ağrıdacaqsınız"

Ülkər Eldarqızı

OXŞAR XƏBƏRLƏR