Aybəniz Haşımova Aynişana qarşı çıxanlara şərəfsiz dedi

Aybəniz Haşımova Aynişana qarşı çıxanlara şərəfsiz dedi
19:13 05.08.2011
3807

Azərbaycanlı istifadəçilər sosial şəbəkələrdə, forumlarda bu hərəkətinə görə Aynişanı qınayıblar. "Facebook" sosial şəbəkəsində yaradılan “Anti Aynişan” qrupunun 10 minə yaxın üvzü var. Aynişan son günlər sosial şəbəkələrdə ən çox tənqid olunan şəxsdir. 

AZXEBER.COM-un məlumatına görə, Respublikanın əməkdar artisti Aybəniz Haşımova məsələ ilə bağlı “Space”in efirində yayımlanan “Olduğu kimi” verilişinin qonağı olub və Aynişanla bağlı məsələyə aydınlıq gətirməyə çalışıb. Müğənni qızı Aynişan haqqında yayılan xəbərlərin sifarişlə yazıldığını iddia edib: “Efir vasitəsilə deyirəm ki, onu edən insan şərəfsiz insandır. Bir gün onun atasının ruhu yatdığı yerdə yapışacaq yaxandan və yaxud otururub ananın üzünə doymaq istədiyin vaxt sənin yarımçıq olaraq yuxundan ayıracaq. Sənə qənim kəsiləcək! Onun balasına ziyan vurmaq istədiyin üçün. Sən Aynişana ziyan vura bilməyəcəksən. Ona görə ki, Aynişanın qanında şərəfli qan axır. Aynişan ömrü boyu Azərbaycanın adına layiq olacaq. Hələ bu harasıdır, aynişan Hollivudda “Oscar”da alacaq. Siz bunu da görəcəksiniz. Siz onu pisləməkdə olun, onun ayağından çəkməkdə olun. Aynişan da Azərbaycana uğur gətirməyində”.

Əməkdar artist fotoşəkillərin bilərəkdən Avroviziya mahnı müsabiqəsində özbaşınalıqlara etiraz etdikdən sonra mətbuata sızdırıldığını söyləyib: “Jurnalist Vüqar Vüqarlını mən əvvəl də, tanıyırdım. Belə oldu ki, Avroviziya müsabiqəsi başlandı və mən orada bir çox özbaşınalıqlar müşahidə etdim. O nə edirdi? Konkret yazılarında görünürdü ki, özünün şəxsi baxımdan yaxınlığı olduğu insanlara mövqeyi bilinirdi. Obyektivlik və qeyri-obyektivliyi baxımından nəzərdə tuturam. Mən də, iradımı bildirəndə “ bu mənim öz işimdi” cavabını verdi. Mən də “mən necə ki peşəkar jurnalist deyiləm, sən də eləcə peşəkar musiqiçi deyilsən. Sən musiqini peşəkar bilmədiyin üçün sənin ixtiyarın yoxdur qeyri-peşəkar yazı yazmağa” cavabını ona verdim.
O vaxtdan mən iradımı bildirmişəm indi də bildirirəm, birdə qeyri-obyektiv yazı görsəm məndən incimə! Çünki, yazılarından da görünür ki, bu adam mənə qarşı düşmən mövqeyindədir. Niyəsini də bilirəm. Çünki, bu adamın konkret müğənniləri var ki, onların sifarişlərini yerinə yetirir. Tək Vüqar Vüqarlı deyil başqa bir neçə adam da, var. Ayıb olsun onlara.
Mənim sözüm budur. Belə atalar sözü var “Ölünü özbaşına qoysan , kəfəni cırıb qaçar”. Biz insanlara nə qədər çox sərbəstlik veririksə, bir o qədərdə atdıqları addımlara çəpər qoymalıyıq. Görünür özlərini idarə edə bilmirlər , görünür bu qədər sərbəstlik onlara başgicəllənməsi verir. Və hətta ölkənin adı naminə çalışan insana etdiyi təxribat nəticəsində onların etdiyi işlərə kölgə gətirir. Bunlara son qoyulmalıdır”.

Ülkər Eldarqızı

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
17:29 07.06.2025
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
17:18 07.06.2025
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
16:55 07.06.2025
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb