‘Azadlıq’a 30 min cərimə - MƏHKƏMƏNİN QƏRARI

‘Azadlıq’a 30 min cərimə - MƏHKƏMƏNİN QƏRARI
00:18 14.06.2012
1898

“Azadlıq” qəzeti Bakı Metropoliteninin rəisi Tağı Əhmədova mənəvi zərər əvəzi oplaraq 30 000 AZN təzminat ödəməlidir. Yasamal Məhkəməsi iyunun 13-də belə qərar qəbul edib.

AZXEBER.COM-unməlumatına görə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetini defamasiyaya görə məhkəməyə vermişdi. İddiaçı məhkəmədən qəzetin üzərinə təkzib vermək və 200 000 AZN təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarmağı xahiş etmişdi. Bu gün (13 iyun) Yasamal Məhkəməsinin hakimi Elçin Qurbanov metropoliten rəisinin iddiasını qismən təmin edib. Məhkəmə qərarına görə, “Azadlıq” qəzeti 8 aprel 2012-ci il sayında çap etdiyi “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazıdakı bilgiləri təkzib etməli, bu yazıdan mənəvi zərər görən Tağı Əhmədova 30 000 AZN təzminat ödəməlidir.

“Azadlıq” qəzetini məhkəmədə Media Hüququ İnstitutunun vəkilləri təmsil ediblər. MHİ-nin məhkəmədə iştirak edən vəkili Fariz Namazlı məhkəmə qərarının qanunsuz olduğunu, müdafiə tərəfinin təqdim etdiyi etiraz və dəlilləri incələmədən qəbul edildiyini bidirib. Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

OXŞAR XƏBƏRLƏR