İnsana görə, geyim ən başlıca üslubdur.Geyim insanda ciddiliyi yaradaraq cəmiyyət üçün nümunəvi olur. Bəzən mənfi, bəzən müsbət...İnsanın geyim üslubu müxtəlif insan tiplərini formalaşdırır və hansı tipə mənsub olduğunu göstərir. Tip isə insanın daxili və xarici görünüşündə müxtəlif ab-hava yaradır.“Like”!Bakı şəhərinin simasında Azərbaycan özünü Avropanın əsas ölkəsi kimi təqdim edir. Məqsəd hər bir şəhər və rayonu gələcək üçün inkişaf etdirməkdir. İnkişaf nəticəsində isə xarici vətəndaşların maraq dairəsinə çevrilir. Ölkənin iqtisadi inkişafı isə Avropanı sanki bizim ölkədə cəmləşdirmək istəyir. Şərq və Qərbin mədəni qovuşması...Ölkəmizdə yenidən bərpa edilən stadionlarımız isə gələcək futbol turnirlərinin sərəncamında olacağına inanıram. Ən əsas turnir isə Gürcüstanla birlikdə 2020-ci ildə keçirmək niyyətimizdə olan Avropa Çempionatı və ya bundan başqa digər turnirlər. Sadəcə nəticəni gözləmək lazımdır. Azərbaycanda keçirilən hər bir turnir gələcək turnirin keçirilməsində dünya üçün qəti fikir yaradır.Bakıda yeni körpülərin salınması iqtisadi inkişafın deyil, insanın inkişafının davam etməsidir. Hər bir körpünün gözəlliyi sanki Bakının damarıdır. Yeni tikilən göydələnlər isə Avropa və Asiyanı salamlayır.Facebookda üç göydələnin şəklini yüklədikdə, Bakının Avropa şəhərlərindən biri olduğunu virtual şəkildə görürsən. Rumıniyada oxuyan xarici dostlarım ən azından şəkli “like” etməkləri isə qiyabi sübutdur. Hələ mən yazılan müsbət şərhləri demirəm.Onlayn sistemAzərbaycan Respublikasının dövlət orqanlarının onlayn şəklində işləməsi vətəndaşlar üçün növbəti uğur oldu. Misal olaraq, vergiyə aid olan işləri onlayn kargüzarlıq sistemi ilə yerinə yetirmək mümkündür. Bununla da insanlar rahat bir şəkildə internet vasitəsi ilə özlərinə aid olan sənədləri onlayn şəklində əldə edirlər.Ümumiyyətlə ölkədə “WiFi” sistemindən istifadə etmək üçün müxtəlif datakartlar istifadəyə verilib. Amma cüzi problem internet sürətində hiss edilir. Sürətlilik baxımından çətinlik çəkilsə də, gələcək zamanda inanıram bu problemin də qarşısı asanlıqla alınacaq.Atalar sözlərinə aid olan nümunəvi gəncYeni nəslə aid olan gənc hər zaman mənim maraq dairəmdə olub və olacaq da.Çünki yeni nəslin gəncləri Bakı şəhərini gəncləşdirməsinin əsas nümunəsidir.Necə ki bunu Gəncə şəhəri bacarıb. Bizim gənclik ölkəmizə gələcək hər bir xarici gənc vətəndaşın maraq dairəsində olmalıdır.Amma düşüncə tərzi, zövqsüz geyim tərzi, yenidən fərqli insana “ilişmək” tərzi yeni peyda olmuş gənclikdə də öz əksini tapmaqdadır. Atalar belə yerdə yaxşı deyib deyəsən, “köhnə hamam, köhnə tas” yoxsa “üstü bəzək, içi təzək”?! Məncə hər yeni nəsil üçün bu atalar sözlərini kimlərsə təkrarlayır.“Krasnaya tapışka”Bakının “Tarqovu”sunda bir qrup cavan uşaqlar anidən maraq dairəmdə oldu. Bir anlıq “flash-mob” keçirildiyini hiss etdim. Cavan uşaqlar qırmızı “makasin” adlı ayaqqabı və qırmızı “tokka” geyinib gəzərək sanki “flash-mob” keçirtdiklərini düşündüm. Gənclərə yaxınlaşdıqca cürbəcür söhbətləri daha da aydın eşidilirdi.Yenidən son dəfə Bakıda olduğum “fərqli” xananı xatırladım. Janrı bilinməyən musiqini mobil telefonun da dinləyərək “Tarqovu”nu o baş, bu baş gəzən gənclik.Ən əsası fərqli “stilni” geyimdə gördükləri xanıma musiqini dinlətmək üçün hər cürə etdikləri “şittik”ləri göstərməkdə belə həvəsli idi, gənclik.Üzeyirkimilər fəsiləsi hələ də musiqimizin incisi olaraq xatırlamaqda davam edir.“Eurovision-2012” musiqi müsabiqəsi üçün gələn xarici vətəndaşlarına üzeyirkimilər fəsiləsinin bilinməyən musiqi janrını dinlətdirmək hər bir “şəpitli” gəncin vəzifəsi oldu. Hələ mən bilinməyən musiqinin sözlərini yüksək səslə oxunmasından danışmaq istəməzdim.Sonda:Hər bir insanın intellekt səviyyəsinin inkişafı dövlətin inkişafıdır. Azərbaycan Respublikasının keçirdiyi hər bir turnir Azərbaycan vətəndaşının uğurudur. Biz bu uğurumuzla dünyanın hər bir ölkəsinin nəzərində saxlamağa malikik!Qazandığımız uğur dövlət bayrağı altında olan birliyimizdir! Necə ki bu birlik 50 milyon azərbaycanlıdan ibarətdir.Normal bir şeydir ki, hər hansısa bir ölkə bizim cəmiyyətimizin inkişafına və qazandığımız uğurlara görə “paxıllıq” etsin. Necə ki “İran” adlanan yerə aid olan hakimiyyət paxıllığından geri qalmaması buna əyani sübutdur.Elşən Gəncəvi