'İrəli'də növbəti struktur dəyişikliyi

MAQAZİN
11:20 14.06.2012
2187

13 iyun 2012-ci il tarixində “İRƏLİ” İctimai Birliyi İdarə Heyətinin yığıncağı keçirilib. “İRƏLİ” sədri Rauf Mərdiyevin rəhbərliyi ilə keçirilən iclasda birliyin yeni katiblik strukturu müəyyən olunub.

İdarə heyətinin qərarına əsasən "İRƏLİ" İctimai Birliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə katib postuna Nəzakət Əliyeva, İnsan Resursları üzrə katib postuna Rövşən Camalov, İnzibati məsələlər üzrə katib postuna Cabir Quliyev, Layihələr və korporativ sektorla əlaqələr üzrə katib postuna Mədinə Əhmədova təyin edilib.

Eyni zamanda İdarə heyətinin qərarı ilə təşkilat daxilində bəzi struktur vahidlərində dəyişiklik edilib. Bir sıra mərkəz və klublara yeni rəhbərlər təyin olunub. Qeyd edək ki, hal-hazırda “İRƏLİ” İctimai Birliyi tərkibində 13 mərkəz, 8 klub fəaliyyət göstərir.

Xatırladaq ki, 5 may tarixində keçirilmiş Hesabat-Seçki Konfransından sonra "İRƏLİ" İctimai Birliyi "gəncləşmə və peşəkarlaşma" şüarı ilə çıxış edərək struktur islahatlarına start vermişdir. İndiyə kimi, təşkilatın Nəzarət Təftiş Komissiyası və İdarə heyəti tərkib etibarilə yenilənmiş və daha gənc İRƏLİ üzvlərindən təşkil olunmuşdur.

OXŞAR XƏBƏRLƏR