AZXEBER.COM portalının “BBC”yə istinadən verdiyi xəbərə görə, onlardan 31 nəfəri ABŞ, 7 nəfəri isə Əfqanistan əsgəridir.
Bundan əvvəl 31 hərbiçinin ölməsi məlumatını prezident Həmid Karzayın xidməti də təsdiqləmişdi.
Taliban nümayəndələri iddia edirlər ki, vertolyotu yerdən taliban döyüşçüləri vurub.
Lakin Əfqanıstan rəsmiləri vertolyotun qəzaya uğramasının səbəblərinə dair bir məlumat verməyib.
Xəbərlərə görə, sözü gedən vertolyot hərbi əməliyyatda iştrak edib və əməliyyat bitəndən sonra bazasına dönürmüş.