Bazar günü hava necə olacaq?

Bazar günü hava necə olacaq?
12:15 02.02.2013
1266
İstirahət günü Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər az yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq.
OXŞAR XƏBƏRLƏR