Aybəniz Haşımova Aynişanı prezidentlə müqayisə etdi
15:16 01.08.2011
2743
Bütün açıqlamalarını “Qafqazinfo” vasitəsilə çatdıran A. Haşımova bu dəfə də redaksiyamızla əlaqə saxlayıb baş verənlərə aydınlıq gətirib. O bildirib ki, bu gün ona bir neçə saytdan zəng olunub qızı ilə bağlı sözügedən məsələyə aydınlıq gətirilməsi istənilib: “Mən onlara bildirdim ki, bu xəbər artıq gecikmiş xəbərdir. Mən hələ müsabiqə vaxtı Belarusda olarkən bütün məlumatları mətbuata vermişəm. Erməni təmsilçinin daim bizim yanımızda olduğunu və buna məcburən dözdüyümüzü şəxsən özüm demişəm. İndi guya bunlar xəbər tapıblar. Daha bilmirlər nələrə əl atsınlar?! Gah dedilər, Aynişan Azərbaycanı uğurla təmsil etmədi, gah dedilər, bayrağı əyri tutub. İndi də bu şəkil məsələsini çıxarıblar. Sadəcə, bunu edənlər Aynişanın uğurları ilə barışa bilməyənlərdir”.