Azərbaycanda yeni internet televiziyası açıldı

Azərbaycanda yeni internet televiziyası açıldı
16:12 01.02.2013
2268

Bu gün yeni yaradılan www.oxu.tv internet televiziyasının təqdimat mərasimi keçirilib.

Gün.Az-ın məlumatına görə, tədbirdə “Kaspi” Təhsil Mərkəzinin rəhbərliyi, bir sıra dövlət qurumlarının və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.“Kaspi” Təhsil Mərkəzinin sədri Sona Vəliyeva məlumat verib ki, milli təhsil layihəsi olan www.oxu.az saytı “off line” internet televiziyası formatında qurulmuş çox şaxəli və geniş profilli təhsil portalıdır.Layihənin yaradılmasında məqsəd Azərbaycanda orta təhsil bazasının möhkəmləndirilməsi, məktəblilər üçün internet vasitəsilə yüksək səviyyəli dərslər almaq imkanı yaratmaq, valideynlərin uşaqlarının tədrisində iştirakının artırılmasıdır.Sözügedən saytın əsas funksiyası yüksək keyfiyyətlə hazırlanmış video dərslərin geniş tamaşaçı auditoriyası üçün yayımlanmasıdır. Video dərslərin Azərbaycanın orta ümumtəhsil məktəblərində tədris olunan I-XI siniflər üzrə bütün fənləri əhatə etməsi nəzərdə tutulur.Saytda “valideynlər üçün” adlı bölmə var. Bu bölmədə valideynlərə oxu.tv-nin şagirdlər üçün nə qədər faydalı olduğu izah edilir. Bundan başqa, valideynlər saytda övladlarının hansı dərslərə baxdığı barədə məlumat əldə edə biləcək.Eləcə də, hər bir valideynin də saytda öz fikirlərini yazmaq, peşəkar pedaqoq və psixoloqlardan yardım almaq imkanı olacaq. Saytdakı “müəllimlərimiz” adlı bölmədə video dərsləri nümayiş olunan müəllimlər haqqında ətraflı məlumat yerləşdirilib.Saytdakı “xəbərlər” bölməsində təhsil sahəsində baş verən, eləcə də gənclər üçün maraqlı olan bütün yeniliklər yerləşdiriləcək.

“Məni tanıyın” bölməsində şagirdlər hər hansı bir sahədə - məsələn, rəssamlıq, rəqs, musiqi, ədəbiyyat, riyaziyyat və s. olan istedadlarını geniş tamaşaçı auditoriyasına nümayiş etdirə bilərlər. Bunun üçün hər kəs özünün mobil telefon və yaxud kameraya çəkilmiş görüntüsünü saytda yerləşdirə biləcək. Təhsil Problemləri İnstitutunun direktor müavini Yəhya Kərimov layihənin əhəmiyyətindən danışaraq onu Azərbaycanda təhsilin inkişafına bir dəstək kimi qiymətləndirib.O eyni zamanda valideynlərin maarifləndirilməsinin də vacib məsələlərdən olduğunu deyərək bu məqsədlə seminarların keçirilməsini təklif edib.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin direktor müavini Aynur Sofiyeva da layihənin əhəmiyyətini qeyd edib və onun uşaqların savadlı və bilikli olması baxımından faydalı olacağına əminliyini ifadə edib.Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və çıxış edən digər natiqlər də təqdimatı keçirilən layihənin əhəmiyyətini qeyd etməklə yanaşı, onun uşaqların savadlı və bilikli vətəndaş kimi yetişmələrində faydalı olacağını vurğulayıblar.

OXŞAR XƏBƏRLƏR