Deputatdan Azərbaycan dilinə hörmətsizlik

MARAQLI
21:08 29.12.2010
2560

Açıqcanın içərisində yazılan təbrik isə rus dilindədir.

Qeyd edək ki, deputatı yazdığı təbrikində seçicilərinə  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il günü münasibətilə səmimi və xoş arzularını çatdırır. O, arzulayır ki, yeni il Azərbaycana prezident İlham Əliyevin başçılığı altında vətənimizin daha da inkişafı, möhkəmlənməsi və çiçəklənməsi yolunda yeni qələbələr gətirsin: «Bayramınız mübarək. Xoş arzularla Sədaqət Vəliyeva».

Millət vəkili Sabir Rüstəmxanlı deputat həmkarının belə bir müraciətindən təəssüfünü ifadə etdi: «Mən onu görməmişəm. Amma deputatın öz seçicisinə rus dilində və yaxud da başqa dildə təbrik yazması yanlışdır. Milli Məclisin deputatı Azərbaycanın dövlət dilinə hörmətlə yanaşmalıdır və bu onun borcudur».

//"Bizim Yol"

OXŞAR XƏBƏRLƏR