"Dinamo" "Neftçi"ylə, "Space" isə fanatlarla məzələndi

"Dinamo" "Neftçi"ylə, "Space" isə fanatlarla məzələndi
İDMAN
05:17 14.07.2011
1986

Azərbaycanın Avropanın ən nüfuzlu turnirində yeganə təmsilçisi olan “Neftçi” artıq öz oyununu başa vurub. Cari mövsümə Xorvatiyada başlayan təmsilçimiz Zaqreb “Dinamo”su ilə çətin sınağa çıxıb.

Qarşılaşma xoşagəlməz hadisə ilə müşayiət olunub. Belə ki, qarşılaşmanın televiziya ilə canlı yayımlanacağı elan olunsa da, tamaşaçılar növbəti dəfə aldadılıb. Qarşılaşmanın yalnız son 15 dəqiqəsi, meydan sahibləri hesabı 3:0-a çatdırandan sonra yayım başlayıb.

Nədəncə hər dəfə “Neftçi”nin matçları ilə yanaşı olan texniki problemlər bu dəfə də “ağ-qaralar”ın sadiq azarkeşlərini internet kanalları ilə oyunu izləməyə vadar edib. Hələ Avstriyadakı təlim-məşq toplanışı zamanı Çexiya çempionu “Viktoriya” ilə qarşılaşmanın canlı yayımlanacağı da elan olunurdu. Amma həmin vaxtda da texniki problemlər üzə çıxdı və aldanan televiziya qarşısında ümidlə gözləyən azarkeşlər oldu. Nədənsə “flaqman” sayılan komandanın azarkeş ordusundan qat-qat az pərəstişkarı olan AZAL-ın səfər oyununda belə problem yaranmır, amma “Neftçi”nin uduzduğu görüşlərdə yaranır.

Oyuna gəlincə, Arif Əsədovun çalışdırdığı komanda buraxılan ilk qola qədər rəqibin aramsız hücumları qarşısında tab gətirdi. Lakin avrokubok təcrübəsi olmayan məşqçi qol buraxan kimi “Maksimir”dəki böyük auditoriya qarşısında qol vurmaq arzusuna düşdü. Bu səbəbdən də müdafiəçini yarımmüdafiəçi ilə əvəzləyən bakılılar ikinci hissə başlayan kimi qapısında növbəti qolu gördü. Bununla sakitləşməyən “Dinamo” “Maksimir” stadionuna toplaşanlara şou göstərmək məqsədilə hücumlarını davam etdirdi. Artıq 65-ci dəqiqədə dublunu rəsmiləşdirən Krstanoviç penaltidən hesabı 3:0-a çatdırdı.

Əvvəlcədən oyunu canlı yayımlayacağını açıqlayan "Space" televiziyası isə fanatları aldadıb. Saat 23.00-da televiziya qarşısına keçən azarkeşlər matçı yox, Qol verilişini izləməyə məcbur olublar. Bundan sonra sosial şəbəkələrdə televiziya haqda xoşagəlməz şərhlər gəlməyə başlayıb. Space oyunu yalnız 75-ci dəqiqədən sonra hesab 3:0 olarkən yayımlamağa başlayıb. Maraqlıdır ki, bu internet saytlarından birinin vasitəsilə olub. 


Çempionlar Liqası, II təsnifat mərhələsi

İlk oyun

13 iyul
“DİNAMO” (ZAQREB, XORVATİYA) – “NEFTÇİ” (BAKI, AZƏRBAYCAN) - 3:0
QOLLAR: Badelj, 37, Krstanoviç, 46, 65-p.
SARI VƏRƏQƏLƏR: Krstanoviç, 34, Leko, 49, Stamenkoviç, 70, Flavinyo, 74, Badelj, 79, Nasimov, 84
DİNAMO: 30. Ivan Kelava, 3. Luis İbanyes, 7. Yerko Leko, 10. Sammir, 13. Tonel, 14. Şime Vrsaljko, 16. Milan Badelj (k), 20. Mehmet Alispahiç (8. Mateo Kovaçiç, 89), 21. Faroş Beçiray (55. Ante Rukavina, 67), 24. Domaqoy Vida, 99. İvan Krstanoviç (11. İvan Tomeçak, , 79)
Ehtiyat oyunçular: 12. Filipp Lonçarik, 5. Adrian Kalello, 6. Arien Ademi, 18. Mario Şitum
Baş məşqçi: Krumoslav Yurçiç
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski (11. Cavid Hüseynov, 44), 6. Slavço Georgiyevski, 7. Rodriqinyo (14. Bahodir Nasimov, 71), 9. Flavinyo, 10. Emil Mpenza, 15. Ruslan Abışov, 16. Alessandro da Silva, 27. Rəşad Abdullayev (, 25. Cavid İmamverdiyev, 77)
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 4. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov
Baş məşqçi: Arif Əsədov
Baş hakim: Entoni Qotye (Fransa)
Hakim-köməkçiləri: Mişel Annoniyer, Kristof Capelli, Ruddi Buquet (hamısı Fransa)
(Hakimlər briqadası Fransadandır)
Hakim-inspektor: Vaslav Krondl (Çexiya)
UEFA nümayəndəsi: Sune Hellströmer (İsveç)

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN: ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu
18:25 11.05.2025
İran XİN: ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu
FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
18:06 11.05.2025
FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
İmtahan nəticələri nə vaxt elan olunacaq?
17:54 11.05.2025
İmtahan nəticələri nə vaxt elan olunacaq?
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
17:46 11.05.2025
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
17:17 11.05.2025
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
Ərdoğan və Putin arasında telefon danışığı olub
16:57 11.05.2025
Ərdoğan və Putin arasında telefon danışığı olub
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
16:36 11.05.2025
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
16:24 11.05.2025
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
15:55 11.05.2025
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
15:53 11.05.2025
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
15:37 11.05.2025
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
15:12 11.05.2025
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
14:57 11.05.2025
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
14:38 11.05.2025
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
14:20 11.05.2025
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
14:05 11.05.2025
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib