AZXEBER.COM-un məlumatına görə, avqust ayının biri gecə saat 1 radələrində "Facebook"da “Anti Aynişan Quliyeva” adlı qrup yaradılıb. Səhifəni Azər adlı həmyerlimiz açıb. Qrupa bir neçə saat ərzində yüzlərlə insan üzv olub. Bir günə həmin səhifəni 5 min insan bəyənib. Hazırda həmin səhifəni 7500-ə yaxın insan bəyənir. Səhifədə Aybəniz Haşımova və Aynişan Quliyeva əleyhinə statuslar yazılır. Hətta səhifədə Aynişana Aynişanyan deyənlərə belə rast gəlmək mümkündür.
Eyniadlı başqa bir qrupda isə 2500-ə yaxın istifadəçi var. Ümumilikdə, bu tip səhifələri 20 mindən çox azərbaycanlı bəyənib.
Qeyd edək ki, səhifələrin hamısında Aynişan Quliyeva və Aybəniz Haşımovanın erməni əsilli müğənni ilə müxtəlif fotoları yer alıb.