Bu barədə prodüser Zorik özü deyib. O, təxminən 7-8 illik tanışı Təranə Həbibi ilə ailə qurmaq istədiyini deyib:
“Təranə çox istədiyim bir insandır. Mən onu 7-8 ildir ki, tanıyıram. Bu yaxınlarda qərara gəldim ki, mən bu, xanımı sevirəm. Sevgidə heç bir sərhəd yoxdur. Həyatda iki sevdiyim insan vardısa, bundan sonra 3 sevdiyim insan oldu. Anam, Natəvan Həbibi və Təranə Həbibi! Təranə Həbibi ilə ailə həyatı qurmaq istəyirəm. Allah qoysa, tezliklə ailə qurmaq fikirindəyəm. Mən onu dəli kimi sevirəm” - deyə, Zorik sevgisini açıqladı.
Zorik Təranə haqqında qısa da olsa, məlumat verərək, onun bir zamanlar şou-biznesimizdə fəaliyyət göstərdiyini də qeyd etdi:
“Hər bir qeyrətli kişi istəyir ki, həyat yoldaşı tərbiyəli, ev xanımı olsun. Məhz Təranə də istəyimə layiqdir. Təranə Moskvada, Bakıda yaşayıb. Bir vaxtlar şou-biznesimizdə fəaliyyət də göstərib. Müğənni İradə İbrahimovanın “Oyun”, “Halal et” mahnısını ilk dəfə Təranə Həbibi oxuyub. Mahnının klipi də efirlərdə yayımlanıb. Şou-biznesdə fəaliyyətinin dayandırmasına səbəb isə ailəsi ilə bağlı olub.”
Özünə Anar və Elnurə Mədətova cütlüyünü nümunə göstərən Zorik, gələcəkdə onlar kimi mehriban ailə sahibi olmasını və Təranənin işlərinin həyata keçirilməsində koordinator kimi çalışacağını da söylədi:
“Şou-biznesimizdə Anar və Elnurə Mədətova cütlüyü var ki, onlara baxanda həsəd aparıram. İstəyirəm ki, belə bir ailəm olsun. Ona görə Təranə işlərimin həyat keçirilməsində koordinator kimi çalışacaq.
Təranə ilə aramızda yaş fərqimiz var. Təranə məndən 1 yaş böyükdür. Mən 1984-cü ildə, Təranə isə 1983-cü ildə dünyaya göz açıb. Onu da deyim ki, bu, piar deyil. Əgər piar olsaydı, xatun-matunla piarımı davam etdirərdim”.
T.Həbibi də Zoriki sevdiyini etiraf etdi:
“Zoriki həmişə sevmişəm, indi də sevirəm. Bu, bizim razılığımızdır.”
Qeyd edək ki, gecə klublarının birində Milli.Az xəbər portalının fotokamerasına tuş gələn Zorik və Təranə səmimi və qarşılıqlı isti münasibətləri ilə diqqəti cəlb edirdilər.