Enshede təmsilçisi “Hengelo” komandası ilə matçda qüvvəsini sınayıb. Aşağı dəstə təmsilçisi ilə qarşılaşmada Cavadovun komandası rəqibini darmadağın edib – 10:1. Vaqif bu dəfə də meydana çıxanlar arasında olmayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl “Tventerand”la qarşılaşmada da həmyerlimizə heyətdə yer tapılmamışdı.