Azərbaycan şou-biznesində “vətəndaş müharibəsi” başlandı

Azərbaycan şou-biznesində “vətəndaş müharibəsi” başlandı
11:01 27.07.2011
1573

Mən elə bir nəsildə, elə bir ailədə tərbiyə almışam ki, hansısa cücə-mücəyə, təzə çıxan "müğənniciyə" cavab verməyim gülməlidir. Belə bir məsəl var, “İt hürər, karvan keçər”. Ona görə də son qalmaqallara, nə bilim Xatun-matun, adları başqa olub, özlərinə ləqəb qoyub ortaya çıxanlara fikir vermək istəmirəm. Mən öz işimlə məşğulam. Gördüyüm işlər göz qabağındadır. Onlara demək istəyirəm ki. hər şey qaydasındadır, gedib öz dərdlərini çəksinlər."

Tanınmış rejissor və prodüsser Zorik (Zöhrab Ağayev) müğənni Xatunla olan qalmaqala belə belə münasibət bildirdi. Z.Ağayev ANS PRESS-ə açıqlamasında müğənni Xatunla olan qalmaqala son qoymaq, ona cavab vermək istəmədiyini bildirdi. Çox məşğul olduğunu söyləyən rejissor bizə gördüyü işlərdən, uğurlarından söhbət açdı: 

"Oturduğum yerdə məni ensiklopediyaya salıblar, adım “Azərbaycanın XXI əsrinin isdedadlı gəncləri” ensiklopediyasına daxil edilib. Şou-biznesdən yeganə insanam ki, bu ensiklopediyaya salınmışam. Özüm bilmədən məni seçiblər. Əslində fikirləşdim ki, niyə məhz mən? Bu sualı onlara da verdim. Redaksiyadan mənə bildirdilər ki, onlar bu ensiklopediyanı hazırlayanda ali təhsil ocaqlarına sorğu göndəriblər. Sorğunun nəticələrinə görə mənim də adım bu siyahıda yer alıb. Bəli, mən İncəsənət Universitetinin rejissorluq fakultəsini fərqlənmə diplomu ilə bitirmişəm.Başqalarından fərqli olaraq mən öz sənətimlə məşğul oluram. 

Oturduğum yerdə film, kilp təklifləri alıram. Hal-hazırda Azərbaycanı Rusiyanın TNT kanalında “Bitva ekstrasensov” (Ekstrasenslərin döyüşü) yarışmasında təmsil etmiş Qalina Bağırova haqqında sənədli film çəkirəm. Təklif ekstrasensin özü tərəfindən gəlib. Sənədli film olduğundan mən bu insan haqqında maksimum məlumatlı olmalı idim. Qalina xanım qeyri-adi qabiliyyətindən bəhs edən kadrları mənə təqdim etdi. Kadrlara baxanda şoka düşdüm. İnanırsız, hələ də şokdayam. Bu insan nələr etməyib?! İtkin düşmüş adamı tapıb ailəsinə təhvil verib və sairə. Düzdür, Azərbaycanda ekstrasensləri falçılarla səhv salırlar, qarışdırırlar. Əslində isə ekstrasens təmamilə başqa şeydir, falçılıq başqa. Mən çox fəxr edirəm ki, Qalina Bağırova kimi qeyri-adi insan haqqında sənədli film çəkirəm. Ola bilər ki, bu xanımı çoxları tanımır. Amma bizim bomondun qlamur nümayəndələri onu çox gözəl tanıyırlar.
O ki qaldı mənim adım hallanan qalmaqala, mən ona cavab vermək istəmirəm!"

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb