Ötən gün Qusar rayonunda çalınan toy yasa çevrilib. Qusar rayon Porkurorluğunun prokuror köməkçisi Anar Salehovun ANS-in bölgə müxbirinə verdiyi məlumata görə, rayonda şadlıq evlərindən birində keçirilən toyda oynayarkən 38 yaşlı Tehran Nizami oğlu Ramazanov qəfildən yıxılaraq ölüb. Araşdırmalar zamanı məlum olub ki, Tehran Ramazanov uzun müddət ürək xəstəliyindən və epilepsiyadan əziyyət çəkib. Onun elə ürəktutmasında öldüyü ehtimal olunur.