AZXEBER.COM-un məlumatına görə, təxminən 45 dəqiqə davam edən görüşdə tərəflər arasında fakir mübadiləsi aparılıb. Ermənistan Qeyri-hökumət və Regional İnkişaf İnstitutunun rəhbəri Aghavni Karakhanian ailəsinin Ərzurumlu olduğunu və bu şəhəri görmək istədiyini bildirib. Buna cavab olaraq Davudoğlu bir gün gələcək, burada ev alacaq və yaşayacaqsınız deyib.
Nazir QHT nümayəndələrinə bir-bir Anadoludan olub olmadıqlarını soruşub. Türklərlə ermənilərin tarixi əlaqələrinə işarə edən Davudoğlu vaxtilə eyni torpaqlarda yaşadıqlarını, mədəni və tarixi bağların olduğunu qeyd etməyi də unutmayıb.