İlham Əliyev: “Demokratik dövlətlərin meyarlarına yaxınlaşmaq bizim məqsədimizdir”

İlham Əliyev: “Demokratik dövlətlərin meyarlarına yaxınlaşmaq bizim məqsədimizdir”
16:03 20.07.2011
1338


Azərbaycanın müstəqillik baxımından gənc ölkə olduğunu deyən İlham Əliyev ötən 20 ildə ölkəmizin siyasi sistem və demokratik təsisatları qura bildiyini, bir sıra Avropa təsisatlarına qəbul olunduğunu, region ölkələri ilə güclü əlaqələr qurduğunu və çox perspektivli iqtisadi inkişafa nail olduğunu qeyd edib. Prezident bütün Avropa təsisatları ilə əlaqələrin siyasi partiyalar formatında, Avropa Parlamenti-Azərbaycan, Avropa Şurası- Azərbaycan səviyyəsində inkişaf etdirməyin əhəmiyyətini önə çəkib. “Həmçinin, insanlar arasında da təmasları daha sıx etməliyik. Çünki biz özümüzü hələ də təqdim etməyə ehtiyac duyuruq. Bizi Avropanın ictimai rəyində o qədər tanımırlar. Bu, obyektiv səbəblərlə bağlıdır. 20 il o qədər də uzun dövr deyil. Buna görə bizə vaxt lazımdır. 
Biz avropalı qonaqlarımızı Azərbaycana səfərə dəvət etməkdə olduqca maraqlıyıq. Burada nəinki paytaxt şəhərlə, həm də rayonlarla da tanışlıq, eləcə də uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulur. Avropa ölkələri ilə ikitərəfli əlaqələrimizə gəldikdə bizim çox yaxşı nailiyyətlərimiz var”. 

Fikirlərinə davam edən prezident bildirib ki, Azərbaycanın Avropa İttifaqına üzv olan bütün ölkələrlə güclü siyasi və iqtisadi münasibətləri var. Bunun çox əhəmiyyətli olduğunu deyən İlham Əliyev qyed edib ki, NATO-nun tərəfdaşı kimi, Azərbaycan nəinki öz hərbçiləri ilə, o cümlədən daşıma marşrutları ilə Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfə verir. “NATO üçün daşımaların 1/4 hissəsindən çoxu Azərbaycan vasitəsilə həyata keçirilir. Bu, ilk növbədə bizim məramımızı nümayiş etdirir, ikincisi isə, Azərbaycan ilə Avroatlantik təsisatları arasında münasibətlərin göstəricisidir”, - deyə dövlət başçısı fikrini tamamlayıb.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək