AZXEBER.COM xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, bunu «ATV magazin» verilişinə açıqlamasında bildirib.
«Əvvəllər dənizə tez-tez gedirdim. İnsanların məni tanımaması üçün şlyapa geyir, eynək taxırdım. Amma bir dəfə dənizdə bir kişi mənə dedi ki, «gözəl oxuduğunuz kimi, gözəl də üzürsünüz». Bundan sonra anladım ki, istənilən geyimdə insanlar məni tanıyır. Son zamanlar isə hamı telefonla şəkil, video çəkməyə başlayıb. Mənsə bunu istəmirəm. Son dəfə dənizdə Bodrumda Zülfiyyə Xanbabayeva ilə birlikdə olmuşam. Orada istədiyim qədər üzmüşəm», - deyə xalq artisti bildirib.